Mourinyo İbrahimoviçlə bağlı fikrini açıqladı
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçin komandaya qayıdışı ilə bağlı sualı cavablandırıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Sky Sports-a açıqlamasında bu məlumatı şaiyə kimi qiymətləndirib. Onun sözlərinə görə, klubda bununla bağlı müzakirələr aparılmayıb.
Qeyd edək ki, isveçli forvardın "Los - Anceles Qalaksi" ilə müqaviləsinin müdəti 2019-cu ildə başa çatır.
İbrahimoviç 2016-cı ildən 2018-ci ilədək "Mançester Yunayted"də keçirdiyi 53 oyunda 29 qol vurmuşdu.