"Mourinyo ilə problemim yoxdur" - Pol Poqba

"Mançester Yunayted"də xoşbəxtəm. Komandanı tərk etmək barədə düşünmürəm". SportLine.az xəbər verir ki, bu sözləri Pol Poqba "Telefoot"a müsahibəsində deyib.

Cari mövsümün sonunda komanda ilə vidalaşacağı deyilən futbolçu bu barədə yayılan məlumatları yalanlayıb:

"Hələ ki, buradayam. "Mançester Yunayted"lə müqaviləm var və mənə etibar etdikləri müddətdə, mən də bu komandanın uğurları üçün çalışacağam".

Baş məşqçi Joze Mourinyo ilə bağlı da danışan 25 yaşlı yarımmüdafiəçi, "Mourinyo ilə heç bir problemim yoxdur. Mənim meydana çıxıb-çıxmamağım ondan asılıdır. Nə vaxt məsləhət bilsə, meydanda oluram. Son turlar ehtiyat oyunçular skamyasında oturmağımın  şəxsi münasibətlərimizlə əlaqəsi yoxdur", - deyib.