Mourinyo "Liverpul"un çempionluğuna inanır

Sonuncu dəfə "Mançester Yunayted"i çalışdırmış Joze Mourinyo İngiltərə Premyer Liqasındakı çempionluq yarışı barədə danışıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis çempionatın 12-ci turunda "Liverpul"un "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gəlməsi ilə çempionluq yarışına son qoyduğunu deyib:

"Məncə, Premyer Liqada çempionluq yarışı bitib. Qeyri-adi hal yaşanmasa, məsələn, zədə epidemiyası olmasa, "Liverpul"un çempionluğu əldən verəcəyinə inanmıram"

"Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. "Lester Siti" və "Çelsi" 26 xalla 2-3-cü yerləri bölüşür. "Mançester Siti" 25 xalla 4-cüdür.