Mourinyo "Tottenhem"i çalışdıra bilər

Joze Mourinyo “Tottenhem”də çalışmaq istəyir.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis hazırkı baş məşqçi Mouritsio Poçettinonun komandadan göndərildiyi halda London klubunda işləməyin əleyhinə olmadığını söyləyib.

Portuqaliyalı məşçqçinin “Real”a qayıdacağı da deyilir. Onun Madrid klubunun rəsmiləri ilə danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, J. Mourinyo ötən ilin dekabr ayında “Mançester Yunayted”dən ayrıldıqdan sonra  işsizdir.