Mourinyonun DÇ-2018-lə bağlı proqnozu
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Dünya çempionatı ilə bağlı proqnozunu açıqlayıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, Almaniya millisinin titulu qoruya bilməyəcəyi qənaətindədir.
Əsas favoritlərə gəlincə, o, finalda Argentina vəv Portuqaliya komandalarının görüşəcəyini bildirib: "Qalib penalti seriyasında müəyyənləşəcək" - deyən Mourinyo son zərbələri Messi ilə Ronaldunun vuracağı ilə bağlı mülahizə yürüdüb: "Qalibin kim olacağı isə, artıq sizin təxəyyülünüzə qalır"