Mourinyonun əvəzinə, Poçettino

"Mançester Yunayted" rəhbərliyi komandanın əldə etdiyi nəticələrdən narazıdır. SportLine.az xəbər verir ki, klubun idarə heyəti uğursuz nəticələrdə Joze Mourinyonu günahkar hesab edir. 

"The Sun" nəşrinin yaydığı məlumata görə, artıq rəhbərlik portuqaliyalı mütəxəssislə yolları ayırmağa hazırlaşır. Hədəfdə isə "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino var.

"Qırmızı şeytanlar" argentinalı baş məşqçini komandaya gətirmək üçün 40 milyon funt-sterlinq xərcləməyə hazırdırlar. 

Qeyd edək ki, M.Poçettinonun cari mövsümün sonunda "Mançester Yunayted"ə gətirilməsi planlaşdırılıb. Ona transferlər üçün büdcə də ayrılacağı bildirilib.