Mourinyonun gedişi Sançezə 20 min funt-sterlinq qazandırdı

Joze Mourinyonun "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən göndərilməsi Aleksis Sançezə 20 min funt-sterlinq qazandırıb.

SportLine.az "The Sun"a istinadən xəbər verir ki, Çili millisinin üzvü komanda yoldaşı Markos Roxo ilə mərc edib. A.Sançez "Whatsapp" qrupunda, "Mourinyo gedəcək. Kim mənimlə mərc edər?" - yazıb. M.Roxo onunla mərc edib və yekunda 20 min funt-sterlinq uduzub.

Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "qırmızı şeytanlar"ın uğurları üçün çalışıb.