Mourinyonun köməkçisi "Arsenal"a keçir
Mövsümün sonunda Arsen Vengerlə vidalaşacaq "Arsenal" baş məşqçi vəzifəsinə daha bir namizəd tapıb. SportLine.az "Sun"a istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"də köməkçi məşqçi kimi fəaliyyət göstərən Rui Fariadır.
Qeyd edək ki, Joze Mourinyonun köməkçisindən əlavə, Karlo Ançelotti və Yoahim Löv də "Arsenal"ın baş məşqçisi vəzifəsinə namizəd göstərilir.