Mourinyonun "Tottenhem"də məvacibi dəqiqləşdi

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun maaşı məlum olub.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik məvacibi 17,5 milyon avro olacaq. Mourinyonun sələfi Maurisio Poçettinonun illik maaşı isə 9 milyon avro idi.

London klubu 56 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalayıb.