Mourinyo Portuqaliyaya qayıdır?

"Mançester Yunayted"lə yolları ayıran Joze Mourinyo karyerasını vətənində davam etdirə bilər. SportLine.az xəbər verir ki, "Benfika" klubu mütəxəssisin xidmətində maraqlıdır.

"A Bola" nəşrinin məlumatına görə, klub prezidenti Luis Filipe Vieyra artıq J.Mourinyo ilə məsələni müzakirə edib. Mütəxəssis yaxın günlərdə Lissanbon təmsilçisi ilə münasibətləri rəsmiləşdirə bilər.

Qeyd edək ki, J.Mourinyo 2000-ci ildə də "Benfika"da çalışıb.