Mübariz Mənsimovdan "Xəzər Lənkəran" azarkeşlərinə mesaj
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov klubun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən məşhur iş adamı, klubun hər zaman yaşayacağını bildirib:
““Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.