Müller, Hummels və Boatenq üçün milli karyerası bitti

Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandada köklü dəyişikliklərə hazırlaşır. SportLine.az xəbər verir ki, mütəxəssis heyəti gəncləşdirmək fikrindədir.

"Bild" nəşrinə açıqlamasında, "Jerom Boatenq, Mats Hummels və Tomas Müller heyətə daxil edilməyəcək. Keçən ilin sonlarında heyəti gəncləşdirməyə başlamışıq. Bu proses bu il də davam edəcək", - deyib.

Bu futbolçular haqqında yalnız xoş sözlər söyləyə biləcəyini qeyd edən Y.Löv bildirib: "Onlar möhtəşəm futbolçulardır. Milli komandaya verdiklərə töhfələrə görə, onlar minnətdaram". 

Almaniya Futbol Federasiyanın məlumatında adları çəkilən futbolçuların məsələ ilə bağlı məlumatlandırıldığı deyilir.