“Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib

Transfer çalışmalarını davam etdirən "Gəncə" daha bir legioneri heyətinə cəlb edib.

Bu barədə Sportline.az-a bölgə klubundan məlumat verilib.

ABŞ-dən olan Ceykob Uayli ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu ampluaca hücumçudur. O, "Gəncə"də 2 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, Ceykob Uayli son mövsümü Rumıniyanın "Styaua" klubunda keçirib.