Mundiala bir gün qalmış İspaniya millisində şok
Dünya çempionatının başlanmasına bir gün qalmış, İspaniya millisində şok yaşanıb.
Sportline.az xəbər verir ki, İspaniya Futbol Federasiyası komandanın baş məşqçi Xulyen Lopoteqini istefaya göndərib.
Bu addım 2020-ci ilədək federasiya ilə müqaviləsi olan 51 yaşlı müətəxəssisin, Madrid "Real"ı ilə anlaşmasından qaynaqlanır.
Millinin sükanının kimə həvalə olunacağı, hələ ki, açıqlanmır.
Qeyd edək ki, İspaniya seçməsi dünya çempionatında ilk oyunu iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək.