Mundialın ev sahibi kim olacaq?

İngiltərə və İrlandiya Futbol Federasiyaları 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmək istəyir.

Sportline.az xəbər verir ki, İngiltərə və İrlandiya höküməti bu ideyaya dəstək olsalar, federasiyalar DÇ-2030-un birgə ev sahibliyi üçün FİFA-ya rəsmi müraciət edəcəklər.

Bundan əvvəl Portuqaliya və İspaniya, Kolumbiya, Ekvador və Peru DÇ-2030-a ev sahibliyi etmək istədiyini açıqlayıb.