Mundialla bağlı statistika açıqlandı
2018-ci ildə Rusiyada təşkil olunan futbol üzrə Dünya çempionatı ilə bağlı statistika açıqlanıb. SportLine.az xəbər verir ki, FİFA-nın rəsmi saytı bütün ölkələrdə yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçının baxdığını bildirib. 3,262 milyard insan dünya çempionatının bütün matçlarını ən azı bir dəqiqə izləyib ki, bu da rekord göstəricidir.
309,7 milyon şəxs qarşılaşmalara evlərindən kənarda, restoran və digər yerlərdə baxıblar. Bu isə ümumi auditoriyanı 9.5 faiz artırıb.
Fransa və Xorvatiya komandaları arasındakı final görüşünü isə 1,12 milyard insan izləyib. Sözügedən oyuna 884,37 milyon tamaşaçı evdən, 231,82 milyonu isə kənar yerlərdə baxıb.
Qeyd edək ki, DÇ-2018-i Fransa qazanıb.