Muradovun qolu "Slaviya"ya kifayət etmədi
Azərbaycanlı futbolçular Fərid Nəbiyev və Rövlan Muradovun şərəfini qoruduğu "Slvaiya"nın U-21 komandası Çexiya gənclər liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Bohemians" kollektivi olub.
Qarşılaşma "Slvaiya"nın məğlubiyyəti ilə nəticələnib - 2:3.
F.Nəbiyev bu matçı kənardan izləyib. R.Muradov isə 90 dəqiqə meydanda olub və komandasının qollarından birini vurub.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 29 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.