Musa Qurbanov het-trik etdi

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib. 

Sportline.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən "Tufan”a 8:0 hesabı ilə qalib gəlib.

Millinin heyətində "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. 

Seçmə komanda bununla da təlim-məşq toplanışını başa vurub.