Nainqqolan "İnter"də

Belçika millisinin üzvü Raca Nainqqolan karyerasını "İnter"də davam etdirəcək. SportLine.az klubun saytına istinadən xəbər verir ki, futbolçu artıq tibbi müayinədən keçib və onunla müqavilə imzalanıb.

Razılaşmaya görə, 30 yaşlı yarımmüdafiəçi 2022-ci ilin 30 iyun tarixinədək "neradzurri"nin şərəfini qoruyacaq.

Milan təmsilçisinin futbolçunun keçidi üçün "Roma"ya 24 milyon avro təzminat məbləği ödədiyi bildirilir.

Qeyd edək ki, R.Nainqqolan 2014-2018-ci illərdə "Roma"nın uğurları üçün çalışıb.