Namik Ələskərov komandaya qoşuldu

"Neftçi” komandası Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" gündə bir dəfə olmaqla "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxır. Bugünki hazırlıq prosesində Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Bir müddətdir zədə səbəbindən ümumi hazırlıqdan kənarda qalan Namik Ələskərov artıq komanda ilə məşqlərə qoşulub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 11-də "Dalğa Arena”da keçirəcək "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da başlanacaq.