Namiq Ələsgərov: "Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir"

"Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov "Sabah”la (0:2) oyun haqqında fikirlərini bildirib.

Sportlineaz xəbər verir ki, hər iki qolun müəllifi olan futbolçu klubun rəsmi saytına açıqlamasında azarkeşlərin də dəstəyi ilə komandanın istəyinə nail olacağına inandığını deyib.

"Çətin oyun alındı. Çox vacib qələbə idi. Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm. Bunda azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm. Növbəti oyunlara da maksimum nəticə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq”.