Nani Amerikada

Portuqaliyalı futbolçu Luiş Naninin yeni iş yeri müəyyənləşib. SportLine.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirəcək. O, "Orlando Siti"nin şərəfini qoruyacaq.

32 yaşlı hücumameyilli oyunçunun transferi MLS təmsilçisinə havayı başa gəlib. Çünki "Sportinq" qarşılıqlı razılıqla onunla anlaşmaya xitam verib. Nani "Orlando Siti" ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Luiş Nani bu mövsüm Portuqaliya çempionatında 18 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.