"Nant" PSJ-nin çempionluğunu ertələdi

Fransa 1-ci Liqasının lideri "Pari Sen-Jermen" 28-ci turdan təxirə salınan görüşdə "Nant"ı qəbul edib.

Sportline.az xəbər verir ki, Paris klubu qalib gələcəyi halda çempionluğu bayram edəcəkdi. Amma "Nant" 3:2 hesablı qələbə iləqonaların arzusunu ürəyində qoyub.

"Nant" 3:2 "Pari Sen-Jermen"
Qollar:
Dani Alveş, 19 (0:1), Dieqo Karlos, 22 (1:1), Varis Məcid, 44 (2:1), Dani Alveş - ö.q. 52 (3:1), Metehan Güclü, 89 (3:2).