Nazarovun uğurlu çıxışı davam edir: 2 oyuna 2 qol

Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” öz meydanında “Vehen”llə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.  

Mövsümün ilk turunda qol vuran Nazarov bu dəfə də rəqib qapısına yol tapıb. O, matçın 35-ci dəqiqəsində fərqlənib. Start heyətində meydana çıxan yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Aue təmsiçisi 6 xalla 2-ci pillədə qərarlaşıb.