Nazarov het-trik etdi, komandası 17:0 hesablı qələbə qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" yoldaşlıq görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib "Limbax-Oberfrona" kollektivi olub.

Qarşılaşma "Ertsqebirge Aue"nin qələbəsi ilə yekunlaşıb - 17:0.

D.Nazarov 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb.