Nazarov ilk turda fərqləndi

Almaniyanın ikinci bundesliqasında ilk turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma keçirilib. Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu mövsümə qələbə ilə başlayıb. Səfərdə "Qröyter"in qonağı olan Aue təmsilçisi inamlı qələbə qazanıb - 2:0. Komandanın heyətində ilk qolu isə 25-ci dəqiqədə Nazarov vurub.

Oyuna start heyətdə başlayan Nazarov final fitinədək meydanda qalıb.