Nazarovun komandasından 1 xal

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge”  səfərdə “Sandhauzen”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. 

Start heyətdə meydana çıxan Nazarov 70-ci dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, Aue təmsilçisi 9 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.