Nazarov komandasını xilas edə bilmədi

Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, Azərbaycan seçməsinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi  “Erzgebirge” səfərdə Düsseldorf “Fortuna”sı ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Aue təmsilçisi mübarizəni dayandırıb.
 
Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.