Nazarov millidə

Nikola Yurçeviçin Azərbaycan millisinə dəvət etdiyi daha bir futbolçu müəyyənləşib. SportLine.az xəbər verir ki, Almaniya II Bundesliqasında çıxış edən "Ertsqebirge Aue" klubunun şərəfini qoruyan Dmitri Nazarov baş məşqçinin etimadını qazanıb.

Klubun rəsmi saytının məlumatına görə, futbolçu AVRO-2020-nin təsnifat mərhələsi çərçivəsində Xorvatiya ilə matçda (21 mart), eləcə də, Bakıda Litva millisinə qarşı təşkil olunacaq yoldaşlıq görüşündə (25 mart) iştirak etmək üçün millinin düşərgəsində olacaq. 

Xatırladaq ki, bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovla Rusiya “Krılya Sovetov”undan Ramil Şeydayevin N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.