Nazarov oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Holştayn Kil" kollektivi olub.

Qarşılaşma bərabərliklə yekunlaşıb - 2:2.

D.Nazarov meydana start heyətində daxil olub və 89 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Ertsqebirge Aue" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Standings provided by Sofascore LiveScore