Nazarov oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Union Berlin" kollektivi olub.

Qarşılaşmada hesab açılmayıb.

D.Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Aue təmsilçisi hazırda 30 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.