Nazarov oynadı, komandası 1 xalla kifayətləndi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yan Reqensburq" kollektivi olub. 

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

D.Nazarov meydana start heyətində daxil olub və 2-ci hissənin startında əvəzlənib. Futbolçu 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Erzgebirge” 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.