Nazarov oynadı, komandası 3 xal qazandı
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Arminiya” kollektivi olub.
Görüş Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
D.Nazarov meydana start heyətində daxil olub və 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hesabında 14 xal olan "Ertsqebirge Aue" 12-ci pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore