Nazarov oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Köln" kollektivi olub.

Qarşılaşma Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

D.Nazarov 72-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Ertsqebirge Aue" 23 turdan sonra 26 xalla 12-ci pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore