Nazarov oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Qroyter" kollektivi olub.

Qarşılaşma Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov meydana start heyətində çıxıb və 84 dəqiqə mübarizə aparıb.

"Ertsqebirge Aue" 27 turdan sonra 16-cı pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore