Nazarov oynadı, komandası qələbəni əldən verdi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Sendhauzen" kollektivi olub.
Qarşılaşmanın 54-cü dəqiqəsində Aue təmsilçisi önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmayıb.
D.Nazarov meydana start heyətində daxil olub 84-cü dəqiqədə əvəzlənib.
03 mart 2018
II Bundesliqa
"Sendhauzen" - "Ertsqebirge Aue" - 1:1
QOLLAR: Köpke, 54 (0:1); Qislason, 69 (1:1)
Standings provided by Sofascore LiveScore