Nazarov üçün 9 dəqiqə

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Maqdeburq" kollektivi olub.

Qarşılaşma Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

D.Nazarov oyuna 81-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, hesabında 22 xal olan "Ertsqebirge Aue" 12-ci pillədə qərarlaşıb.