Nazarovdan qələbə şərhi

"Oyuna nəzarəti əlimizdə saxladıq".

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu  “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov 2-ci Bundesliqanın 13-cü turunda "Sankt Pauli"ni məğlub etdikləri (3:1) oyundan sonra söyləyib.

29 yaşlı yarımmüdafiəçi görüş ərzində rəqibin yalnız bir təhlükəli epizod yarada bildiyini diqqətə çatdırıb: "Çox intizamlı oynadıq və lazım olan anda qolu vurduq".

Qeyd edək ki, Dmitri Nazarov 24-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasının ikinci qoluna imza atıb. Aue təmsilçisi hazırda turnir cədvəlində 23 xalla 3-4-cü yerləri bölüşdürür.