Nazarovsuz "Aue" darmadağın oldu
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erstqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Nürnberq" kollektivi olub.
Qarşılaşma Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:4.
D.Nazarov bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ertsqebirge Aue" 21 turdan sonra 15-ci pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore