Nazarovun komandası baş məşqçini qovdu
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" klubunda ayrılıq olub.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Tomaş Leç istefaya göndərilib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Qeyd edək ki, T.Leç cari mövsümün əvvəlində "Ertsqebirge Aue"də çalışmağa başlamışdı.