Nazarovun komandasından heç-heçə

Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətdə meydana çıxan Nazarov 80-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, 13 turdan sonra 20 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.