Nazarovun növbəti yoxlama görüşü

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniya ikinci Bundesliqa təmsilçisi  "Erzgebirge" növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, komanda Almaniya Bundesliqa klubu "Union Berlin"lə qarşılaşılb. Matç 1:1 hesabı ilə başa çatıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Nazarov bundan əvvəl yüksək liqa təmsilçisi "Herta" ilə yoxlama görüşündə (4:1) komandasının ikinci qolunu vurub.