Nazarovun qolu komandasını xilas etmədi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "İnqolştadt" kollektivi olub.
Səfərdəki qarşılaşma Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
D.Nazarov 79-cu dəqiqədə meydana daxil olub və 90-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Aue” 4 turdan sonra cəmi 1 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore