Nazarovun taleyinə aydınlıq gətirildi

Milli komandamızın üzvü Dmitri Nazarov "Erzgebirge" klubu ilə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni anlaşmaya əsasən, 29 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayına qədər sözügedən klubun şərəfini qoruyacaq.  "Erzgebirge" Nazarovla yanaşı Klemens Fandriçlə də müqavilənin müddətini uzadıb.

Qeyd edək ki, 2016-cı ilin yayından Aue təmsilçisində çıxış edən Nazarov, bu mövsüm 2-ci Bundesliqada 9 oyuna 4 qol vurub.