Nazirlikdən Mxitaryanla bağlı açıqlama
Azərbaycan Gənclər və İdman Nazirliyi UEFA Avropa Liqasının finalı üçün"Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlişinə təhlükəsizlik təminatının verilmədiyinə dair iddialara münasibət bildirib.
Sportline.az xəbər verir ki, nazirliyin mətbuat katibi Səmayə Məmmədova bu barədə açıqlama verib.
"Əvvəlki illərdə ölkəmizdə keçirilən ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təlimatı ilə bağlı məktub göndərib".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Arsenal” - “Çelsi” görüşü mayın 29-da saat 23-də başlanacaq.