NBA-dan son xəbərlər
"Dallas Məveriks" Antoni Deyvis ilə böyük ticarət üçün danışıqlar aparır.
Sportline.az xəbər verir ki, "Məveriks" "Qolden Steyt Vorriors" ilə əlaqə saxlayıb və Davis üçün maraqlı təkliflər irəli sürüb. Dallas klubu eyni zamanda 22.5 milyon dollar maaşı olan Conatan Kuminqayada maraq göstərir - bu, həm komanda balansını, həm də maliyyə strategiyasını nəzərə alan ciddi addımdır.
"Nyu York Niks"in rəhbərliyi "Milioki Baks"dan Yannis Antetukumponun transferini reallaşdırmaq üçün planlar qurur. Klubun mövcud draft pikləri və oyunçu mübadiləsi ilə bu keçidi həyata keçirməyə çalışacağı bildirilir, lakin mənbələr hələlik rəsmi təsdiq olmayıb.
"Los Anceles Leykers" klubunun Herb Cons kimi müdafiəçini heyətinə cəlb etməyi düşündüyü, bununla birlikdə rotasiya üçün əlavə dəyişikliklər etməyi planlaşdırdığı xəbərləri gedir. Bu addım "Leykers"in mövcud zəif tərəflərini aradan qaldırmaq üçün nəzərdə tutulub