Ndlovu "Qarabağ"ın oyununu dəyərləndirdi

“Xançjou Qrintaun”un (Çin) futbolçusu Dino Ndlovu sabiq klubu "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi fikirlərini bildirib.

Sportline.az "Kerkida"ya istinadən xəbər verir ki, vaxtilə Kiprin “Anortosis” klubunda oynayan 29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib: "Qarabağ"ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da,mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında ilk oyun sabah Nikosiyada olacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Avqustun 13-ü Bakıda keçiriləcək cavab qarşılaşmasına isə yerli vaxtla saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.