"Nə edəcəyimi bilmirəm" - Zinəddin Zidan

"Real"la vidalaşan Zinəddin Zidan ötən həftəsonu Rolan Qaros finalında Rafael Nadal və Dominik Timin duelini canlı izləyib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, görüşün ardından mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

Z.Zidan karyerası haqda, hələ ki, qərar qəbul etmədiyini söyləyib: "Hələ ki, istirahət edirəm. Qərar verməmişəm. Nə edəcəyimi bilmirəm".

İstefa barədə qərar qəbul etməmişdən öncə yaxınlarından məsləhət aldığını deyən fransalı, "Mənim üçün çox çətin və vacib qərar idi. Çox götür-qoy etdim. Düzgün qərar verdiyimi düşünürəm, - deyə bildirib.

Fransa millisinin Dünya çempionatındakı şanslarından da danışan Z.Zidan, "Əla heyətimiz var. Bu futbolçularla istənilən nəticəni qazanmaq olar. Bəlkə, elə dünya çempionu biz olduq?!" - deyib.