"Neftçi" 20 yaşlı futbolçu ilə müqavilə bağladı

"Neftçi” yetirməsi İbrahim Əliyevi komandaya qaytarıb.

Sportline.az bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Əliyev "ağ-qaralar"da 55 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarında oynamış İbrahim Əliyev indiyədək "Qarabağ” və "Sumqayıt”da da çıxış edib.