"Neftçi" 3 futbolçu ilə müqavilə yenilədi

"Neftçi” klubu 3 futbolçusu ilə müqaviləni yenilənib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il "ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 matçda meydana çıxıb.